Cəlilabad icra hakimiyyətinin 30-a yaxın əməkdaşı İŞDƏN ÇIXARILDI

Hazırda oxunan: Cəlilabad icra hakimiyyətinin 30-a yaxın əməkdaşı İŞDƏN ÇIXARILDI

598305

İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, aparılan struktur dəyişikliyi ilə əlaqədar icra hakimiyyətinin 28 əməkdaşı vəzifəsindən azad edilib.
 

Dəyişikliklə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətində 38 vəzifə ləğv edilib və nəticədə həmin şəxslər işini itiriblər. Onlardan 10 nəfəri müxtəlif qurumlarda müəyyən vəzifəyə təyin edilsə də, 28 nəfər yeni işlə təmin edilməyib. İcra başçısı Rafiq Cəlilovun sərəncamı ilə 28 əməkdaşinın dövlət qulluğuna xitam verilib.


Məlumata görə, vəzifəsini itirənlərdən 35 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi və sürücü vəzifələrində çalışanlar olublar. Həmin şəxslərin 7 nəfər başqa vəzifəyə təyin olunsa da, hazırda 28 nəfər işsiz qalıb.

Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı vəzifələrindən azad ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin