Abşeron rayonu, Qobu qəsəbəsi 16 saylı körpələr evi-uşaq bağçasına gələn ərzaqların mənimsənildiyi iddia olunub.
Bizim.Media xəbər verir ki, oxu.az-a daxil olan görüntülərdə ərzaqların şəxsi avtomobilin baqaj hissəsinə yerləşdirildiyi öz əksini tapıb.
Vətəndaş iddia edir ki, bağçaya 15 gündən bir ərzaq gətirilir və artıq qalan ərzaqlar şəxsi avtomobilə yüklənir:
"Qayda belədir ki, bağçaya məhsulu hansı maşın gətirirsə, artıq qalan ərzaqlar da həmin avtomobillə daşınmalıdır".
Ərzaqların yükləndiyi avtomobilin bağçanın direktoruna məxsus olduğu da qeyd edilir.
Xatırladaq ki, bir müddət əvvəl sözügedən bağçanın musiqi müəlliməsi Elnarə Tahir qızı Əsgərovanın qeyri-etik görüntüləri yayılmışdı və o, yayılan görüntülərə görə işindən azad edilmişdi.

Bizim.Media































































































