Ramiz Mehdiyevin kürəkəninə məxsus klinika bağlanır?

Hazırda oxunan: Ramiz Mehdiyevin kürəkəninə məxsus klinika bağlanır?

598298

Bakıda fəaliyyət göstərən və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ailəsinə məxsus olduğu bildirilən “German Hospital”ın bağlanacağı ilə bağlı yeni xəbərlər yayılıb. İddialara görə, son aylarda tibb müəssisəsinin fəaliyyəti zəifləyib.

Qeyd olunur ki, xəstəxana əməkdaşlarına martın 1-dən etibarən klinikanın bağlanacağı deyilib.

Bizim.Media xəbər verir ki, modern.az məsələ ilə bağlı "German Hospital"la əlaqə saxlayıb. Klinkadan verilən açıqlamada yayılan məlumatların həqiqət olmadığı bildirilib.

Qeyd olunub ki, tibb müəssisəsi fəaliyyətini davam etdirir və əməkdaşlar iş başındadır.
 

Xatırladaq ki, ötən il də klinikada bəzi həkim və əməkdaşların işdən çıxarılması, eləcə də bir neçə şöbənin fəaliyyətini dayandırması ilə bağlı xəbərlər yayılmışdı. Bundan əlavə, tibb müəssisəsinin adı istintaq materiallarında da hallanıb.


Klinikanın Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevə məxsus olduğu bildirilir. O, uzun illər səhiyyə və tikinti biznesi ilə məşğul olub.

Mehdiyevin kürəkəninin adı həm də bir sıra kommersiya layihələrində, o cümlədən "German Hospital"ın təsis sənədlərində də keçir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin