Ramazan ayında gün ərzində uzun müddət ac qalmaq enerji azalmasına səbəb ola bilər.
Bizim.Media bildirir ki, düzgün seçilmiş sahur menyusu həm toxluq müddətini uzadır, həm də gün boyu enerjinin qorunmasına kömək edir.
Sahur süfrəsində zülal və liflə zəngin qidalara üstünlük verilməlidir. Yumurta, süd və süd məhsulları, yulaf, tam taxıllı çörək, qoz kimi çərəzlər gün ərzində toxluq hissini artırır. Həmçinin çia toxumu və xurma kimi məhsullar da enerji mənbəyi hesab olunur.
Mütəxəssislər lifli qidaların və darçının qan şəkərini daha stabil saxladığını bildirirlər. Bununla yanaşı, iftarla sahur arasında kifayət qədər su içmək vacibdir.
Əksinə, şəkərli qidalar, qızardılmış yeməklər və sadə karbohidratlarla zəngin məhsullar tez acmağa və enerji itkisinə səbəb ola bilər. Bu səbəbdən sahurda daha balanslı və yüngül menyuya üstünlük verilməsi tövsiyə olunur. (Pravda.az)
Bizim.Media































































































