Sosial sahə üzrə elektron xidmətlərə nə qədər müraciət edilib?

Hazırda oxunan: Sosial sahə üzrə elektron xidmətlərə nə qədər müraciət edilib?

598241

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar ayında 626 min müraciət edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, ötən ay 26 min təyinat e-infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 87 minədək elektron arayış verilib.
 

Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda qurumun xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim edilir. Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.


Həmin qurumlardan sorğular da daxil olmaqla, ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 21 milyon olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin