Lənkəranda torpaq sürüşməsi oldu

Hazırda oxunan: Lənkəranda torpaq sürüşməsi oldu

598220

Lənkəranda torpaq sürüşməsi baş verib.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, rayonun sürüşmə Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda baş verib.
 

Sürüşmə nəticəsində yolun asfalt qatı çöküb və hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.


Son günlərin intensiv yağıntıların səbəbindən baş verən çökmə və sürüşmə getdikcə aktivliyini daha da artırır. Və daha ciddi fəsadların ola biləcəyi gözlənilir.

Qeyd edək ki, sözügedən yol 7 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin