Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, hadisə ötən gün axşam saatlarında köhnə Ələt-Astara yolunda baş verib.
Rafiq Quliyevin idarə etdiyi 42-BN-598 dövlət nömrə nişanlı mikroavtobus Taleh Məhərrəmovun idarə etdiyi 42-AD-089 dövlət nömrə nişanlı avtobusla toqquşub.
Hadisə zamanı hər iki avtobusun boş olduğu bildirilir.
R.Quliyev yüngül xəsarət alıb. Nəqliyyat vasitələrinə ziyan dəyib. (Oxu.az)
Bizim.Media




























































































