Naxçıvanın Babək rayonunda yerləşən mağazaların birinin qarşısından içərisində 9503 manat olan “Mpay” ödəmə terminalı oğurlanıb.
Naxçıvan MR Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək, insanların olmadığı vaxt aralığından istifadə edərək oğurluq əməlini həyata keçirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:26 / 25.02.2026
Bu rayonda ödəmə terminalı oğurlandı
Hazırda oxunan: Bu rayonda ödəmə terminalı oğurlandı
Hazırda oxunan: Bu rayonda ödəmə terminalı oğurlandı
598203
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































