AMEA-dan Ramiz Mehdiyevin həqiqi üzvlükdən çıxarılmasına REAKSİYA

Hazırda oxunan: AMEA-dan Ramiz Mehdiyevin həqiqi üzvlükdən çıxarılmasına REAKSİYA

598191

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ibtidai istintaqı davam etdirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Mehdiyev Ramiz Ənvər oğlunun Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyündən çıxarılması məsələsi ilə bağlı Akademiya tərəfindən ictimaiyyətə bir neçə dəfə rəsmi açıqlama verilmişdir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Qeyd edilib ki, Akademiyanın rəhbərliyi bir daha Mehdiyev Ramiz Ənvər oğlunun dövlət əleyhinə törətdiyi əməlləri qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir.
 

Qeyd edək ki, Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən xaric edilməsi məsələsi qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmaqla həll ediləcəkdir. Belə ki, ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirliliyi məhkəmə hökmü ilə təsdiq edildiyi halda, məsələ Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı üzvlərinin müzakirəsinə çıxarılacaq və müvafiq qərar qəbul ediləcəkdir.


Azərbaycan Milli Elmlər Akademiyası fəaliyyətində hüququn aliliyini, qanunçuluq prinsiplərini və hüquqi prosedurların şəffaflığını əsas kimi rəhbər tutduğunu bir daha vurğulayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin