Ağdamda ilk bayram tonqalı qalandı - FOTO

Hazırda oxunan: Ağdamda ilk bayram tonqalı qalandı - FOTO

598135

Ağdam şəhərində Su Çərşənbəsi münasibətilə ilk bayram tonqalı qalanıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yandırılan tonqal ətrafında sakinlər bir araya gələrək bayram əhval-ruhiyyəsini bölüşüb, uşaqlar tonqal üzərindən tullanaraq qədim inanclara uyğun şəkildə ilin ağırlıq və çətinliklərini tonqalda yandıraraq arxada qoyublar.

Qeyd edək ki, işğaldan azad edilən Ağdam şəhərində artıq ilin əvvəlindən etibarən sakinlərin məskunlaşdırılmasına başlanılıb.

Hazırda Ağdam şəhər 2-ci yaşayış kompleksində 223 ailə, 821 sakin yaşayır.










Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin