Şəmkirdə AĞIR QƏZA: Bir ölü, dörd yaralı var

Hazırda oxunan: Şəmkirdə AĞIR QƏZA: Bir ölü, dörd yaralı var

598119

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qasımalılar kəndində baş verib. 
 

Hərəkətdə olan "VAZ-2106" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov dünyasını dəyişib.


Qəzada dörd nəfərin xəsarət aldığı bildirilir. Onların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin