EURIE 2026: Qlobal ali təhsil liderləri İstanbulda bir araya gəlir

Hazırda oxunan: EURIE 2026: Qlobal ali təhsil liderləri İstanbulda bir araya gəlir

598111

Avrasiya regionunun ən böyük, dünyanın isə üçüncü ən iri beynəlxalq ali təhsil tədbirlərindən biri olan EURIE 2026 – Avrasiya Ali Təhsil Zirvəsi bu il də beynəlxalq akademik ictimaiyyəti İstanbulda bir araya gətirəcək.

Bizim.Media xəbər verir ki, qlobal ali təhsil sahəsində mühüm istinad platformasına çevrilmiş zirvə 7–9 aprel 2026-cı il tarixlərində İstanbul şəhərində, Türkiyənin ən nüfuzlu və ən iri konqres mərkəzlərindən biri olan Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında keçiriləcək.


Ali təhsilin qlobal gündəmini müəyyənləşdirən bu mötəbər tədbir dünyanın müxtəlif bölgələrindən tələbə sayı və elmi potensial baxımından qabaqcıl mövqedə olan universitetləri, ali təhsil müəssisələrini, beynəlxalq təhsil qurumlarını, elmi-tədqiqat mərkəzlərini və sahə üzrə fəaliyyət göstərən təşkilatları bir platformada birləşdirəcək.
 

Zirvə yalnız akademik məlumat və təcrübə mübadiləsi baxımından deyil, eyni zamanda beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, strateji tərəfdaşlıqların qurulması və tələbə mobilliyinin artırılması baxımından da mühüm imkanlar yaradacaq.


Tədbir çərçivəsində keçiriləcək tematik konfrans proqramları ali təhsildə beynəlmiləlləşmə, rəqəmsallaşma, elmi-tədqiqat əməkdaşlığı, tələbə və müəllim mobilliyi, dayanıqlı təhsil siyasəti və innovativ tədris modelləri kimi aktual və strateji istiqamətləri əhatə edəcək.

Bununla yanaşı, iştirakçı qurumlar arasında birbaşa əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaradan ikitərəfli işgüzar görüş proqramları vasitəsilə yeni akademik tərəfdaşlıqların formalaşdırılması nəzərdə tutulur.

Zirvə həmçinin beynəlxalq tələbə cəlbi və təhsil sahəsində fəaliyyət göstərən tərəfdaşların effektiv iş əlaqələri qurması üçün mühüm platforma rolunu oynayır.

Zirvədə yalnız ali təhsil müəssisələrinin nümayəndələri deyil, eyni zamanda müxtəlif ölkələrdən yüksək səviyyəli dövlət rəsmiləri və təhsil siyasətini müəyyən edən qərarverici şəxslər də iştirak edəcəklər. Türkiyədən isə başda Türkiyə Ali Təhsil Şurası olmaqla, müvafiq dövlət qurumları, universitet rəhbərləri və sahə üzrə tərəfdaş təşkilatlar tədbirdə fəal şəkildə təmsil olunacaqlar.
 

Azərbaycan universitetləri də hər il olduğu kimi bu il də zirvədə fəal iştirak edəcək, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması istiqamətində aktiv fəaliyyət göstərəcəklər.


Qlobal ali təhsil ekosisteminin aparıcı mütəxəssislərini, nüfuzlu ali təhsil qurumlarını və innovativ yanaşmaları bir araya gətirəcək bu mötəbər tədbir beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsinə, bilik və təcrübə mübadiləsinin genişlənməsinə, eləcə də təhsil sahəsində dayanıqlı tərəfdaşlıqların inkişafına əhəmiyyətli töhfə verəcək. İstanbulun zəngin mədəni irsi və strateji coğrafi mövqeyi isə zirvəyə əlavə dəyər qataraq iştirakçılara həm akademik, həm də mədəni baxımdan unikal təcrübə təqdim edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin