Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işinin məhkəmə baxışı keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Araz Səmədovun sərbəst ifadəsi dinlənilib.
Araz Səmədov ifadəsində bildirib ki, zərərçəkən Babək Uğurlu onun yaxın qohumu olub.
Təqsirləndirilənin dediyinə görə, hadisə baş verən gün Araz bacısının otağına girərkən Babəki bacısının yanında görüb və hiddətlənib. Buna görə də mətbəxdən bıçağı götürərək onun üzərinə cumur və bıçaqla xəsarətlər yetirir.
Təqsirləndirilən ifadəsi zamanı "Mosson","cin","şeytan"kimi təriqət və gözəgörünməz varlıqların adını çəkərək, guya onların vasitəsilə hər bir məlumatı aldığını deyib.
Zərərçəkən 30 yaşlı Babək Uğurlu isə məhkəmədəki ifadəsi zamanı Arazın bacısı ilə nişanlı olduğunu deyib.
"Mən Arazın bacısı ilə nişanlı idim. Qızın yaşının 18 yaş olduğunu gözləyirdik, evlənəcəkdik. Həmin gecə saat 2-də oturub söhbət edirdim nişanlımla, onların evində. O məndən küsmüşdü, könlünü almaq istəyirdim. Birdən Araz əlində bıçaq içəri daxil olaraq "sən cinsən, şeytansan" deyə-deyə üstümə cumdu və bıcaqla zərbələr endirməyə başladı. Nə qədər çalışsam da, bıçağı onun əlindən ala bilmədim. Bu zaman bacısı da yaralanmışdı. Bədənimin müxtəlif yerlərindən qan axırdı".
Növbəti proses aprelin 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabrinda Bakının Əmircan qəsəbəsində baş verib. Babək Uğurlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Suraxani rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşlarının əməliyyatı zamani hadisəni törətməkdə təqsirli bilinən Araz Səmədov saxlanılaraq istintaqa cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələrilə ittiham irəli sürülüb. (Unikal.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:27 / 24.02.2026
Bakıda DƏHŞƏT: 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqladı
Hazırda oxunan: Bakıda DƏHŞƏT: 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqladı
Hazırda oxunan: Bakıda DƏHŞƏT: 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqladı
598085
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































