10 il əvvəl dənizdə boğulan şəxsi dayısı oğlunun öldürdüyü ÜZƏ ÇIXDI - Qətlin detalları

Hazırda oxunan: 10 il əvvəl dənizdə boğulan şəxsi dayısı oğlunun öldürdüyü ÜZƏ ÇIXDI - Qətlin detalları

59808

Abşeron sakini 10 il əvvəl bibisi oğlunu dənizdə boğaraq öldürüb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 21.06.2012-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbə sakini Bayramov Ceyhun Yunis oğlunun Xəzər dənizinin Sumqayıt şəhəri Novxanı çimərliyinə aid hissəsində dənizdə çimərkən boğulub ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq Qubadlı rayon prokurorluğunda ibtidai istintaq aparılmış, istintaqla cinayəti törətmiş şəxs və ya şəxslər müəyyən edilmədiyindən iş üzrə icraat 19.06.2014-cü il tarixli qərarla dayandırılıb.

Bağlı qalmış cinayət işlərinin açılması istiqamətində görülən istintaq-əməliyyat tədbirləri ilə 10 il əvvəl törədilmiş cinayətin üstü açılaraq Ceyhun Bayramovun dayısı oğlu Fuad Qasımov tərəfindən qəsdən öldürülməsi müəyyən edilib.

Fuad Qasımov 08.02.2022-ci il tarixdə rayon prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə bibisi oğlu Ceyhun Bayramov ilə dənizdə çimərkən onu boğaraq öldürdüyünü etiraf edib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fuad Qasımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin