Mədəniyyət sahəsində qrant almaq istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Mədəniyyət sahəsində qrant almaq istəyənlərin NƏZƏRİNƏ

598073

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi qaydası müəyyənləşəcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirə olunan “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Layihəyə görə, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirmə məqsədilə “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçiriləcək.

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Qeyd edilib ki, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi və fiziki şəxslərə qrantların verilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməsə də, Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası” mədəniyyət sahəsində yalnız QHT-lər üçün tədbirlərin maliyyələşdirilməsi prosedurunu müəyyənləşdirir.

Mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant maliyyələşdirilməsi üzrə QHT-lər ilə yanaşı, hüquqi şəxslərin digər növləri, eləcə də fiziki şəxslər ilə bağlı tənzimləmənin həyata keçirilməsi üçün xüsusi qaydanın təsdiq edilməsi zəruridir.

Qeyd olunanları nəzərə alaraq, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasının müəyyən edilməsi məqsədilə “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsi hazırlanıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin