Yeniyetmə anasını öldürdü, meyiti zirzəmidə gizlətdi

Hazırda oxunan: Yeniyetmə anasını öldürdü, meyiti zirzəmidə gizlətdi

598070

Rusiyanın Arxangelsk vilayətinin Nyandoma şəhərində 51 yaşlı qadının qətlə yetirilməsi faktı üzrə cinayət işi başlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “112” Telegram kanalı yayıb.

İstintaqın məlumatına görə, fevralın 22-nə keçən gecə 17 yaşlı yeniyetmə evdə olarkən yatan anasına bıçaqla zərbələr endirib. Aldığı xəsarətlər nəticəsində qadın hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra yeniyetmənin meyiti zirzəmidə gizlətdiyi və evi tərk etdiyi bildirilir. Daha sonra o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İstintaq məlumatına görə, şübhəli şəxs cinayəti etiraf edib.

Faktla bağlı “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb. Məhkəmə ekspertizaları təyin olunub, şahidlər dindirilir, hadisənin səbəbləri və bütün halları araşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin