Xocalı faciəsinin 34-ci İLDÖNÜMÜ – “Ana harayı” abidəsinin yerləşdiyi park YENİLƏNİR

Hazırda oxunan: Xocalı faciəsinin 34-ci İLDÖNÜMÜ – “Ana harayı” abidəsinin yerləşdiyi park YENİLƏNİR

598051

Xocalı soyqırımının 34-cu ildönümü ilə əlaqədar olaraq, “Ana fəryadı" abidəsinin yerləşdiyi parkda hazırlıq işlərinə başlanılıb.

Bunu Bizim.Media-ya açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

Onun sözlərinə görə, artıq hazırlıq prosesi yekunlaşmaq üzrədir:

“Parkda 30 min gül və dekorativ kollar, 8 min kvadrat qazon salınıb. Anım günü ziyarətçilərinin gediş-gəlişini təmin etmək üçün parkın ətrafında da abadlıq işləri görülüb. Xocall prospekti boyunca işlq dirəklərinə “Xocalıya ədalət” lövhələri vurulub.

Xocalı prospekti boyu binaların fasadlarına, hasarlara da soyqırımla bağlı bannerlər vurulur”.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının iştirakı ilə erməni separatçıları tərəfindən işğal edilib.

İşğal zamanı ümumilikdə, 613 dinc sakin qətlə yetirilib, onların 106 nəfəri qadın, 83 nəfəri uşaq idi. Minlərlə insan müxtəlif dərəcəli əlil olub (76 nəfəri yetkinlik yaşına çatmayanlardır), 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

Xatırladaq ki, xalqımız hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət edir, abidənin önünə gül qoyur və həlak olanların xatirəsini yad edirlər.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin