Üzüyünün barmağını sıxması nəticəsində əziyyət çəkən Bakı şəhər sakini B.Əliyev Travmatologiya və Ortopediya İnstitutuna müraciət etmək məcburiyyətində qalıb.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, xəstəxanada üzüyün barmaqdan çıxarılması mümkün olmayıb və buna görə də Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət olunub.
FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal xəstəxanaya gəlib və təhlükəsizlik qaydalarına riayət etməklə, xəstəxananın həkimlərinin nəzarəti altında xüsusi vasitələrlə üzüyü kəsərək zərərçəkmişin barmağından çıxarıblar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:03 / 24.02.2026
Xəstəxanada bacarmadılar, FHN köməyə gəldi – VİDEO
Hazırda oxunan: Xəstəxanada bacarmadılar, FHN köməyə gəldi – VİDEO
Hazırda oxunan: Xəstəxanada bacarmadılar, FHN köməyə gəldi – VİDEO
598048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































