Məktəbdə öldürülən xadimənin qətli ilə bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Məktəbdə öldürülən xadimənin qətli ilə bağlı YENİ XƏBƏR

59804

Daxili İşlər Nazirliyi (DİN) dünən İsmayıllıda orta məktəbdə baş verən qətl barədə məlumat yayıb.

DİN-dən Bizim.Media-ya verilən xəbərə görə, İsmayıllı Rayon Polis Şöbəsinə fevralın 11-də saat 9 radələrində Basqal qəsəbəsi ərazisində yerləşən tam orta məktəbin həyətində orada xadimə işləyən qəsəbə sakini Gülarə Qəhrəmanovanın öldürülməsi barədə məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Məktəbdəki dəhşətli qətlin TƏFƏRRÜATI: Münasibətləri olub və... - YENİLƏNİB


Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilmişdir. İstintaq-əməliyyat tədbirləri ilə həmin məktəbin gözətçisi Bəxtiyar Əhmədlinin münaqişə zəminində G.Qəhrəmanovanı bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə B.Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Faktla əlaqədar cinayət işi başlanılıb. İsmayıllı rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin