İqtisadi zonalara 70-dən çox xarici şirkət cəlb olunub

Hazırda oxunan: İqtisadi zonalara 70-dən çox xarici şirkət cəlb olunub

598028

2025-ci ildə beynəlxalq əməkdaşlıq istiqamətində China Datang Overseas Investment şirkəti ilə Abşeron yarımadasında “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuat konfransda məlumat verib. Bundan əlavə, Səudiyyə Ərəbistanının ACWA Power şirkəti ilə Sumqayıt Sənaye Parkında dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə torpaq sahəsinin icarəsinə dair müqavilə imzalanıb. Ümumilikdə İqtisadi zonalara 70-dən çox xarici şirkət cəlb olunub.

"Vergi və rüsum güzəştləri, eləcə də tətbiq olunan stimullaşdırıcı mexanizmlər rezidentlərin marağının artırılmasına yönəlib. Məqsədimiz həm yerli, həm də xarici investorlar üçün cəlbedici biznes mühiti formalaşdırmaqdır. Xarici rezidentlərin cəlbi istiqamətində konkret fəaliyyət planı hazırlanıb. Bu proses mərhələli şəkildə həyata keçiriləcək, investisiya təşviqi mexanizmləri genişləndiriləcək və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq gücləndiriləcək".

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin