Bu peşə mərkəzini bitirən məzunların 70 faizi işlə təmin olunur

Hazırda oxunan: Bu peşə mərkəzini bitirən məzunların 70 faizi işlə təmin olunur

598026

İqtisadi Zonaların İnkişafı Agentliyi sənayenin inkişafında kadr hazırlığı üzrə hazırda Agentliyin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində 14 ixtisas üzrə 500-ə yaxın tələbə təhsil alır.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuat konfransında məlumat verib.

Qeyd edib ki, mərkəz 54 qurum və şirkətlə əməkdaşlıq edir. Peşə Təhsil Mərkəzinin məzunlarının 70 faizi işlə təmin olunub və onların da bir hissəsi sənaye parklarında fəaliyyət göstərən rezidentlər tərəfindən işə götürülüb. Peşə Təhsil Mərkəzində rezidentlərin ehtiyaclarına və müasir tendensiyalara uyğun olaraq yeni ixtisaslar yaradılır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin