Məhkəmə-Hüquq Şurasına iki yeni üzv təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Hakimlərin Ümumi Yığıncağının iclasında qərar qəbul olunub.
Qərara əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yeni sədri Aida Hüseyn və Şəki Kommersiya Məhkəməsinin sədri Mübariz Hüseynov Şuraya üzv seçilib.
Hakim A.Hüseyn Naxçıvan MR Ali Məhkəməsinin əvvəlki sədri Səadət Bektaşini əvəz edib.
Hakim M.Hüseynov isə həm də Hakimlərin Qiymətləndirmə Komissiyasının üzvüdür.
Qeyd edək ki, yenidən formalaşan Şuranın 15 üzvü var. (Qafqazinfo.az)


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:29 / 24.02.2026
Məhkəmə-Hüquq Şurasına yeni üzvlər seçildi – FOTO
Hazırda oxunan: Məhkəmə-Hüquq Şurasına yeni üzvlər seçildi – FOTO
Hazırda oxunan: Məhkəmə-Hüquq Şurasına yeni üzvlər seçildi – FOTO
598024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































