Kəlbəcər rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə bu gün təxminən saat 11 radələrində Çaykənd kəndi ərazisində qeydə alınıb.
DAF markalı, 77-JP-763 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisəyə səbəb kimi yolun sürüşkən olması göstərilir.
Qəza nəticəsində sürücü 40 yaşlı E. Əhmədov yüngül bədən xəsarətləri alıb.
Hadisə yerinə polis əməkdaşlarının cəlb olunduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir. (oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:24 / 24.02.2026
Kəlbəcərdə qəza: Xəsarət alan var
Hazırda oxunan: Kəlbəcərdə qəza: Xəsarət alan var
Hazırda oxunan: Kəlbəcərdə qəza: Xəsarət alan var
598022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































