Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin “İçərişəhər–Sahil” mənzilində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.
Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxiyar Məmmədov bildirib.
Onun sözlərinə görə texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır:
"Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.
Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.
Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:56 / 24.02.2026
Bakı metrosunda PROBLEM – Qatarlar niyə GECİKİR?
Hazırda oxunan: Bakı metrosunda PROBLEM – Qatarlar niyə GECİKİR?
Hazırda oxunan: Bakı metrosunda PROBLEM – Qatarlar niyə GECİKİR?
598014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































