“Keçmiş məcburi köçkünlər evləri özləri tiksin” – Deputatdan TƏKLİF

Hazırda oxunan: “Keçmiş məcburi köçkünlər evləri özləri tiksin” – Deputatdan TƏKLİF

598003

“İşğaldan azad olunmuş ərazilərdə vacib işlər görülür. Evlər tikilir, yollar, məktəblər, xəstəxanalar salınır. Amma, dövlətin hər şeyi təkbaşına etməsi, bütün maliyyə yükünü üzərinə götürməsi uzun müddətli həll deyil”.

Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat təklif edib ki, işğaldan azad olunmuş ərazilərdə mənzillərin tikintisini əhali özü həyata keçirsin:

"Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır. Dövlət yol çəksin, su, işıq, qaz, internet, məktəb, xəstəxana yaratsın. Amma evlərin tikintisi mərhələli şəkildə, dövlətin nəzarəti və güzəştli mexanizmləri ilə vətəndaşın özünə verilsin. Köçkün öz evini özü tikəndə o torpağa daha çox bağlanır. Bu, psixoloji və sosial baxımdan da daha sağlam modeldir. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də qat-qat ucuz başa gəlir. Vətəndaş öz evini indiki qiymətlərdən iki dəfə daha ucuz məbləğə tikəcək".

O, Qarabağın real şəkildə özəl sektora açılmalı olduğunu qeyd edib:

"Kiçik və orta sahibkarlıq üçün daha münasib, uzunmüddətli kreditlər, torpaq icarəsinin daha sadələşdirilmiş mexanizmləri tətbiq olunmalıdır. Orada fabrik, emal müəssisəsi, turizm obyektləri, xidmət sahələrinin yalnız sənaye zonalarında yox, bütövlükdə hər bir yerdə yaradılması asanlaşdırılmalıdır. Biz kəndi hamı üçün eyni model kimi planlaşdırırıq. Amma reallıq başqa cürdür. Əgər bir ailə kənddə mal-qara saxlamaq istəmirsə, təsərrüfatla məşğul olmayacaqsa, onu məcburən klassik kənd modelinə köçürməyin mənası yoxdur. Belə insanlar üçün şəhərcik və qəsəbə tipli yaşayış məntəqələri formalaşdırılmalıdır".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin