Amnistiya aktı neçə nəfərə şamil edilib?

Hazırda oxunan: Amnistiya aktı neçə nəfərə şamil edilib?

597990

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı fevralın 19-a dək 18 355 nəfərə şamil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyuk prokuroru Namiq Əliyev Binəqədi Rayon Prokurorluğunda "Amnistiya aktı: dövlət humanizminin ifadəsi" adlı seminarda bildirilib.

Məlumata görə, onlardan 5 638 nəfəri azadlıqdan məhrum etmə cəzasından azad edilənlərdir.

Onların 572 nəfəri Azerbaycanın suverenliyi və bütövlüyü uğrunda döyüşlərdə istirak edənler qadınlar, əlillər və 18 yaşına çatmayanlardır.

96 nəfəri böyük ictimai təhlükə törtəməyənlər cinayətlərə görə məhkum edilənlər, 1081 nəfəri ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ilədək azadlıqdan məhrum edilənlər, 3 min 386 nəfəri az ağır cinayət törətdiklərinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər, 503 nəfəri isə ilk dəfə ağır cinayət törətdiyinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərdir.

Amnistiya aktı ilə 9 min 215 nəfər digər cəzalardan azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin