DİN-dən Əfsanənin qayınanasının qətli ilə bağlı YENİ AÇIQLAMA 

Hazırda oxunan: DİN-dən Əfsanənin qayınanasının qətli ilə bağlı YENİ AÇIQLAMA 

59799

Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunda qadının qətli ilə bağlı açıqlama yayıb.

DİN-dən Bizim.Media-ya daxil olan açıqlamada deyilir:
 

MÖVZU İLƏ BAĞLI:

Xoşqədəmin verilişində qaynanasını öldürdüyünü etiraf edən gəlin saxlanıldı - VİDEO


"2020-ci il fevral ayının 23-də Ağcabədi Rayon Polis Şöbəsinə rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəndə İbrahimovanın yaşadığı evdə pilləkəndən düşərkən yıxılaraq ölməsi barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində qadının həmin gün saat 1 radələrində Yevlax rayon sakini Seymur Cəfərov tərəfindən boğularaq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə S.Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılılıb.

Ağcabədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır".

Qeyd edək ki, Faxrəndə İbrahimovanın gəlini Əfsanə Cəfərova 1 fevral 2022-ci il tarixində “ARB” televiziya kanalının “Səni axtarıram” adlı verilişində qaynanasını itələməklə ölümünə səbəb olduğunu bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin