“Meydan TV” işi üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağaya daha bir ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, jurnalistin bacısı bacısı Zəminə Ağayeva ötən gecə dünyasını dəyişib.
Qeyd edək ki, bu, Şəmşad Ağanın həbsdə olduğu müddətdə ailəsində baş verən üçüncü ölüm hadisəsidir.
Bu ilin yanvar ayının sonunda onun anası parkinson xəstəliyindən vəfat etmişdi.
Xatırladaq ki, ötən il oktyabrın 12-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi.
Qeyd edək ki, Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.
Şəmşad Ağa 2025-ci ilin fevralında saxlanılıb. (Modern.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:29 / 24.02.2026
Şəmşad Ağaya daha bir İTKİ
Hazırda oxunan: Şəmşad Ağaya daha bir İTKİ
Hazırda oxunan: Şəmşad Ağaya daha bir İTKİ
597982
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































