Xırdalanda yaşlı kişi avtobus dayanacağında gecələyir - VİDEO

Hazırda oxunan: Xırdalanda yaşlı kişi avtobus dayanacağında gecələyir - VİDEO

597979

Abşeron rayonunun Xırdalan şəhərində yaşlı kişi bir aya yaxındır ki, avtobus dayanacağında gecələyir.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, adını və soyadını açıqlamaq istəməyən kişi burada özünə kiçik bir sığınacaq yaradıb. Tapdığı yorğan-döşəyi dayanacaqda yerləşdirərək gecələrini açıq havada keçirməyə məcbur qalır. Soyuq qış günlərində onun bu şəraitdə qalması ətrafdakı insanlarda narahatlıq yaradır.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib ki, qurumun əməkdaşları sözügedən vətəndaşla bağlı məlumat daxil olan kimi dərhal əraziyə yollanıblar. Xırdalan şəhəri, Əvəz Şəfiyev küçəsində yerləşən dayanacaqda məskunlaşan vətəndaşın qiymətləndirilməsi aparılıb və ona müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilmək təklif olunub. Lakin o, bundan qəti şəkildə imtina edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin