Səhər saatlarında rayonun Qayabaşı kənd sakini Vüqar Hüseynova məxsus, birmərtəbəli 6 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.
Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının söndürülməsi üçün əraziyə Şəki və Oğuz rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:26 / 24.02.2026
Şəki sakininin 6 otaqlı evi əşyaları ilə birgə yandı – FOTO
Hazırda oxunan: Şəki sakininin 6 otaqlı evi əşyaları ilə birgə yandı – FOTO
Hazırda oxunan: Şəki sakininin 6 otaqlı evi əşyaları ilə birgə yandı – FOTO
597962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































