Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Hazırda oxunan: Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

597945

Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə bu gün elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

"Fevralın 24-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 10 kV-luq 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağlar massivi və Ləhiş bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq. Təmir, yenidənqurma və güc artımı işləri tamamlandıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin