Mingəçevirdə əri tərəfindən bıçaqlanan 2003-cü il təvəllüdlü Təranə Kərimovanın son vəziyyəti açıqlanıb.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.
Məlumata görə, saat 17:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2003-cü il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub:
“Pasiyentə döş qəfəsinin sol yarısında çoxsaylı kəsilmiş yaralar və pnevmotoraks diaqnozu təyin olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.
Hadisəni törətməkdə şübhəli bilinən ər - 2000-ci il təvəllüdlü 2000-ci il təvəllüdlü Emin Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
































































































