Şəkidə yaşayış binasında yanğın oldu - 10 nəfər təxliyə edildi - FOTO

Hazırda oxunan: Şəkidə yaşayış binasında yanğın oldu - 10 nəfər təxliyə edildi - FOTO

597914

Axşam saat 19:00 radələrində Şəki şəhərinin M.Ə. Rəsulzadə prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın binanın ikinci mərtəbəsində yaşayan Tural İsmayılova məxsus 3 otaqlı mənzildə qeydə alınıb.
 

Hadisə barədə məlumat daxil olan kimi yanğın yerinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində mənzilin otaqlarından birinin yanar konstruksiyaları zədələnib.


Yanğınsöndürənlər tüstülənmənin artmasını nəzərə alaraq, binada yaşayan 10 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin