“SGS Azerbaijan” MMC-nin nümayəndə heyəti ADNSU-da - FOTO

Hazırda oxunan: “SGS Azerbaijan” MMC-nin nümayəndə heyəti ADNSU-da - FOTO

597896

Fevralın 23-də “SGS Azerbaijan” MMC-nin Baş direktoru Suat Kayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinda olub.

Bizim.Media xəbər verir ki, universitetə səfər çərçivəsində qonaqlar ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla görüşüblər.

Görüşdə şirkətin Sənaye və ətraf mühit üzrə biznes meneceri Azad Vəlixanlı, layihə meneceri, keyfiyyətə nəzarət koordinatoru Tərlan Fətəliyev, NDT nəzarətçisi Tural Səfərov, həmçinin ADNSU-nun struktur bölmə rəhbərləri iştirak ediblər.
 

Görüş zamanı tərəflər arasında perspektiv əməkdaşlıq imkanları müzakirə olunub. ADNSU tələbələrinin “SGS Azerbaijan” şirkətində təcrübə keçməsi, şirkət mütəxəssislərinin universitetdə tələbələr üçün seminarlar keçirməsi və bu istiqamətdə digər birgə fəaliyyətlər istiqamətləri müzakirə olunub.


Səfər çərçivəsində nümayəndə heyəti ADNSU-nun Tarix Muzeyi, kibertəhlükəsizlik laboratoriyası və kompüter otaqları ilə tanış olub, universitetin tədqiqat infrastrukturu və innovasiya imkanları haqqında ətraflı məlumat alıblar.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin