Daxili İşlər Nazirliyi yanında İctimai şuranın 7 nəfərlik yeni tərkibi seçildi – Heyətdə jurnalist həmkarımız da var

Hazırda oxunan: Daxili İşlər Nazirliyi yanında İctimai şuranın 7 nəfərlik yeni tərkibi seçildi – Heyətdə jurnalist həmkarımız da var

597862

Bu gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya yeni tərkib üzrə seçkilər keçirilib. 

Bizim.Media xəbər verir ki, seçkilər vətəndaş cəmiyyəti institutlarının geniş iştirakı ilə, tam şəffaf, açıq, ədalətli və demokratik şəraitdə, həmçinin tam aşkarlıq prinsipləri əsasında təşkil olunub. 

Səsvermə prosesində namizədlər, vətəndaş cəmiyyəti nümayəndələri və media təmsilçiləri iştirak edib, müşahidə imkanları təmin olunub.

İctimai Şuranın tərkibi 7 nəfərdən ibarət müəyyən edilib və bu yerlər üzrə 14 vətəndaş cəmiyyəti nümayəndəsinin namizədliyi qeydə alınıb. Səsvermədə 227 təşkilatın nümayəndəsi iştirak edib. Verilmiş bülletenlərdən 5-i etibarsız, 222-si etibarlı hesab olunub.

Səsvermənin nəticələrinə əsasən, seçkilərdə iştirak etmiş seçicilərin yarıdan çoxunun səsini toplamış aşağıdakı namizədlər DİN yanında İctimai Şuranın üzvləri seçiliblər:

1. Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti;

2. Vaqif Abışov – DİN Polis Akademiyasının müəllimi, istefada olan polis polkovniki;

3. Fərhad Süleymanov – DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki;

4. İxtiyar Hüseynli – əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

5. Zaur Məmmədov – “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin nümayəndəsi;

6. Mehriban Zeynalova – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri;

7. İbrahim Zeynalov – Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı.

Seçkilərin nəticələri dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının inkişafı və daxili işlər orqanlarının fəaliyyəti üzrə ictimai iştirakçılığın və dialoq mexanizmlərinin möhkəmlənməsi baxımından əhəmiyyətli hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin