Paytaxtın mərkəzində BİABIRÇI MƏNZƏRƏ – Sakinlər TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ – FOTO

Hazırda oxunan: Paytaxtın mərkəzində BİABIRÇI MƏNZƏRƏ – Sakinlər TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ – FOTO

597856

Nəsimi rayonu, Füzuli küçəsi, 47-50 ünvanlarındakı səkilər uzun müddətdir təmirsiz vəziyyətdədir. Bu, həm sakinlər, həm də ərazidən gündəlik istifadə edən insanlar üçün ciddi təhlükəyə çevrilib.

Səkidəki bəzi daşlar yerindən qopub və bu səbəbdən kiçik çuxurlar əmələ gəlib. Bu çuxurlar xüsusilə axşam saatlarında, işıqlandırmanın yetərli olmadığı vaxtlarda  piyada hərəkəti üçün ciddi risk yaradır.

Səkinin bəzi hissələrində isə daha ciddi çökmələr müşahidə olunub. Bu vəziyyət gələcəkdə daha böyük və təhlükəli problemlərə yol aça bilər.
 

Qeyd edək ki, sözügedən ərazi “28 May” metrostansiyasının yaxınlığında yerləşir. Gündəlik olaraq xeyli sayda sakin və şəhərimizin qonaqları bu ərazidən istifadə edir. Səkilərdəki çuxurlar və çöküntülər yalnız təhlükəsizlik baxımından deyil, həm də şəhərin ümumi estetik görünüşü və nizam-intizamı baxımından önəmli məsələdir.


Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, məsul qurumlardan heç bir cavab gəlməyib.  




Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin