Azərbaycanın humanitar yardımı Kiyevə təhvil verildi - FOTO

Hazırda oxunan: Azərbaycanın humanitar yardımı Kiyevə təhvil verildi - FOTO

597840

Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım çərçivəsində nəzərdə tutulan növbəti enerji avadanlıqları partiyası Kiyevə təhvil verilib.

Bizim.Media xəbər verir ki, təhvil-təslim mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəlizadə, Ukrayna xarici işlər nazirinin müavini Aleksandr Mişenko və digər rəsmi şəxslər iştirak ediblər.

Göndərilən avadanlıqların ümumi dəyəri 1 milyon dollar təşkil edir. Yükə 12 ədəd aşağı gərginlikli panel, 11 generator, 5 transformator, təxminən 27 min metr kabel və naqil daxildir.

Ukraynanın energetika nazirinin müavini Nikolay Kolesnik AZƏRTAC-a açıqlamasında bildirib ki, beynəlxalq ictimaiyyət ölkənin enerji infrastrukturunun bərpasına dəstəyini davam etdirir.
 

“Azərbaycan da Ukraynanı sistemli şəkildə dəstəkləyir. Təhvil verilən enerji avadanlıqları enerji və kritik infrastrukturun bərpası, eləcə də tibb müəssisələrinin və digər sosial əhəmiyyətli obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün istifadə olunacaq”, — deyə o, əlavə edib.


Qeyd edək ki, Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımın ümumi həcmi artıq 45 milyon dolları ötüb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin