Bu rayonda yenidən qurulan orta məktəb - FOTO

Hazırda oxunan: Bu rayonda yenidən qurulan orta məktəb - FOTO

597813

Ölkəmizdə təhsil infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində Saatlı rayonunun Qara Nuru kəndində yerləşən 1176 şagird yerlik tam orta məktəbin bərpa-gücləndirilməsi və əsaslı təmiri uğurla başa çatdırılıb.

Bizim.Media xəbər verir ki, müasir standartlara cavab verən təhsil müəssisəsi funksionallığı, təhlükəsizliyi və geniş tədris imkanları ilə seçilir.

Məktəbin 3.64 hektar ərazisində yaradılan yeni tədris mühitində təhsilin yüksək səviyyədə təşkili üçün bütün zəruri şərait təmin olunub.

Məktəbdə 29 sinif otağı, 1 məktəbəqədər hazırlıq otağı, 3 laboratoriya, 2 əmək otağı fəaliyyət göstərir. Şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı üçün 2 informatika kabineti, eləcə də çağırışaqədərki hazırlıq məqsədilə 1 hərbi hazırlıq kabineti istifadəyə verilib.
 

Təhsil müəssisəsində kitabxana və oxu zalı yaradılıb, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və məktəbdaxili tədbirlərin keçirilməsi üçün akt zalı istifadəyə hazır vəziyyətə gətirilib. Məktəbdə, həmçinin yeməkxana və müasir idman zalı fəaliyyət göstərir. Layihə çərçivəsində bina gücləndirilib, mühəndis-kommunikasiya sistemləri yenilənib və ətraf ərazi abadlaşdırılıb.


Qara Nuru kənd tam orta məktəbinin yenidən qurularaq istifadəyə verilməsi bölgədə şagirdlər üçün müasir, rahat və təhlükəsiz təhsil mühiti yaradaraq tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin