Astronomlar Yer kürəsi üçün həyati əhəmiyyət kəsb edən Günəşdə baş verən anomal hadisə ilə bağlı dünyanı şoka salacaq bir bəyanat yayıblar.
Bizim.Media xəbər verir ki, məlumata görə, Günəşin səthindəki bütün tünd ləkələr tamamilə yoxa çıxıb.
Elmi araşdırmalar göstərir ki, Günəşdəki tünd ləkələr maqnit sahəsinin xüsusilə güclü olduğu nöqtələrdə yaranır. Bu ləkələrin yox olması ulduzun aktivliyinin minimum həddə düşdüyünü və maqnit sahəsinin zəiflədiyini göstərir.
Alimlər xatırladırlar ki, Günəş ləkələrinin uzun müddət görünmədiyi ən məşhur dövr 1645-1715-ci illəri əhatə edib. Tarixə "Maunder minimumu" kimi düşən həmin dövrdə Avropa və Şimali Amerikada anomal dərəcədə soyuq qış ayları yaşanmış, çaylar və dəniz sahilləri tamamilə donmuşdu. Ekspertlər Günəşin indiki "təmiz" vəziyyətinin Yer kürəsində yeni bir "Kiçik buzlaşma dövrü"nə yol aça biləcəyindən ciddi narahatdırlar.
Hazırda dünya elmi ictimaiyyəti bu prosesin nə qədər davam edəcəyini və iqlimə birbaşa təsirlərini yaxından izləyir. Əgər bu "səssizlik" uzun sürərsə, bəşəriyyəti son əsrlərin ən sərt soyuqları gözləyir.(Musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:37 / 23.02.2026
Dünya donmağa hazırlaşır: Günəşdə bütün ləkələr yox oldu, "kiçik buzlaşma dövrü" qayıdır?
Hazırda oxunan: Dünya donmağa hazırlaşır: Günəşdə bütün ləkələr yox oldu, "kiçik buzlaşma dövrü" qayıdır?
Hazırda oxunan: Dünya donmağa hazırlaşır: Günəşdə bütün ləkələr yox oldu, "kiçik buzlaşma dövrü" qayıdır?
597756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































