Kürdəmirdə ağır yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Aran 1 qəsəbəsində qeydə alınıb.
Belə ki, “Audi” markalı avtomobilin sürücüsü həmin ərazidə hərəkətdə olarkən binanın qarşısında dayanan ikisi azyaşlı olmaqla 4 nəfəri vurub.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılır.



Bizim Media, Aran bürosu

































































































