Lənkəran və Masallıda canavar təhlükəsi: Kəndlər təşviş içində -FOTO/VİDEO

Hazırda oxunan: Lənkəran və Masallıda canavar təhlükəsi: Kəndlər təşviş içində -FOTO/VİDEO

597734

Son günlər Lənkəran və Masallı rayonları ərazisində canavarların aktivləşməsi kənd sakinlərini ciddi narahat edir.

Bizim.Media xəbər verir ki, yırtıcılar əsasən Zövlə, Mollon və Mahmudavar kəndləri ərazilərində görünərək mal-qaraya və atlara hücum edib, bir sıra heyvanları tələf ediblər.

Sakinlərin sözlərinə görə, təhlükəsizlik narahatlığı səbəbindən valideynlər uşaqlarını məktəbə göndərməkdən çəkinirlər.
 

Kənd əhalisi öz imkanları ilə – balta, yaba və digər alətlərlə – canavarları yaşayış məntəqələrindən uzaqlaşdırmağa çalışır.


Qeyd olunur ki, hücumlar nəticəsində təsərrüfatlara xeyli maddi ziyan dəyib. Yerli sakinlər aidiyyəti qurumlara müraciət edərək, canavarların kəndlərdən kənarlaşdırılması və təhlükəsizliyin təmin olunması üçün təcili tədbirlər görülməsini xahiş edirlər.



Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin