Ötən il əfv sərəncamı ilə 625 məhkum azadlığa buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, ölkə Prezidentinin təşəbbüsü ilə Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktının icrası davam etdirilib, ədliyyə orqanları və məhkəmələr tərəfindən bu günədək artıq 12300-dən çox şəxsə tətbiq edilib.
MÖVZU İLƏ BAĞLI:
Zəfər Günü ilə bağlı amnistiya aktı 81 hərbçiyə tətbiq edilib
Məlumat verilib ki, amnistiyanın tətbiqi nəticəsində 8100-ə yaxın şəxs ayrı-ayrı cəzalardan, o cümlədən 2700-dək məhkum azadlıqdan məhrum etmə cəzasından azad edilib, 3400-dən çoxunun isə cəza müddəti azaldılıb.
Məhkəmələrin icraatında olan cinayət işləri üzrə isə 800 nəfərə yaxın şəxsə amnistiya tətbiq edilərək onlardan yarıdan çoxu cəzadan azad edilib və ya cəza müddətləri azaldılıb, 150-dək şəxs barəsində isə cinayət təqibinə xitam verilib.
Bizim.Media