Bakının Sabunçu rayonunda su təchizatında yaranan fasilə sakinlərin narazılığına səbəb olub.
Bizim.Media xəbər verir ki, Yeni Balaxanı qəsəbəsində suyun verilişi bu gün səhər saatlarından etibarən qəfildən dayandırılıb.
Sakinlər bildirirlər ki, suyun kəsiləcəyi barədə onlara öncədən heç bir xəbərdarlıq edilməyib, həmçinin yaranan məhdudiyyətin səbəbi ilə bağlı rəsmi qurumlardan hər hansı izahat verilməyib.
Məsələ ilə bağlı əldə edilən ilkin məlumata görə, suyun kəsilməsinə səbəb ərazidəki magistral xətlərdən birində baş vermiş qəzadır.
Hazırda ərazidə təmir-bərpa işlərinin aparıldığı bildirilsə də, suyun verilişinin dəqiq nə vaxt bərpa olunacağı barədə konkret vaxt açıqlanmayıb. (Musavat.com)
Bizim.Media

































































































