Başa vurduğumuz həftədə şimal-qərb bölgəsində havanın temperaturu 16-18 dərəcəyə kimi yüksəlmişdi.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bazar günü səhər saatlarından etibarən havanını temperaturu iki dəfə enərək 7-8 dərəcə təşkil edir.
Fevral ayında havanın temperaturunun bu qədər yüksəlməsi qeyri-sabit iqlim şəraitindən xəbər verir.
Yerli sakinlərin sözlərinə görə, yaxın 5-7 ildə bölgə rayonlarında belə istilər müşahidə olunmayıb. Bu isə ilk növbədə bir sıra bitki və ağacların erkən tumurcuqlamasına, çiçək və yarpaq açmasına nəticədə soyuq düşən kimi məhvinə səbəb olur.
Qarşıdakı günlərdə bölgə rayonlarında havanın temperaturunun bir qədər də enəcəyi, yağış yağacağı gözlənilir. Bu isə kiçik çillənin boz ayla əvəzlənməsi mənasına gəlir.





Tural Rasimoğlu, Bizim.Medi


































































































