Salyan rayon sakini Alim Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobil YPX Alayının əməkdaşları tərəfindən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün bir müddət əvvəl narkotik sərxoşluğuna görə inzibati məsuliyyətə cəlb edildiyi müəyyən olunub.
Qeyri-adekvat hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət olunan A.Babayevin yenə də narkotik vasitənin təsiri altında olması aşkar edilib. Eyni qanunazidd əməli təkrar törətdiyinə görə A.Babayev məhkəmənin qərarı ilə 2 il sürücülük hüququndan məhrum edilməklə inzibati məsuliyyətə cəlb olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:37 / 21.02.2026
Cərimədən nəticə çıxarmadı - 2 il maşın sürə bilməyəcək
Hazırda oxunan: Cərimədən nəticə çıxarmadı - 2 il maşın sürə bilməyəcək
Hazırda oxunan: Cərimədən nəticə çıxarmadı - 2 il maşın sürə bilməyəcək
597545
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































