21.02.2026-cı il tarixdə 07:10 radələrində Ələt-Astara magistralında baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Qeyd edilib ki, 1989-cu il təvəllüdlü şəxsə sağ yuxarı və aşağı ətrafların səthi travması diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə zamanı 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı avtoqəza nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşılarından biri yaralanıb, digəri ölüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:13 / 21.02.2026
Salyanda yanan avtomobili söndürərkən maşın vuran FHN əməkdaşının SON DURUMU
Hazırda oxunan: Salyanda yanan avtomobili söndürərkən maşın vuran FHN əməkdaşının SON DURUMU
Hazırda oxunan: Salyanda yanan avtomobili söndürərkən maşın vuran FHN əməkdaşının SON DURUMU
597536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































