Salyan rayonundan cəlb olunan yanğınsöndürən, xidməti vəzifəsi zamanı faciə ilə üzləşib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun Qaradağ rayonu ərazisində baş verib.
FHN əməkdaşları yanan yük avtomobilinə müdaxilə edən zaman, hərəkətdə olan nəqliyyat vasitəsi FHN əməkdaşı 43 yaşlı Hakim Piriyevi vuraraq öldürüb. Salyan rayonunun Xocalı kənd sakini, 37 yaşlı Tağıyev Elşən İnsanağa oğlu isə müxtəlif dərəcəli xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Mərhum Hakim Piriyev Nəftçala rayonunun Şorkənd kənd sakini olub, 20 ilə yaxın müddətdə FHN-də xidmət göstərib. Vida mərasimi Şorkənd kənd qəbiristanlığında keçirilib.
Mərasimdə FHN rəhbərliyi, rayon ictimaiyyəti, kənd sakinləri və mərhumun yaxınları iştirak edib, nazirlik adından əklil qoyulub.
Hakim Piriyev ailədə üç övladdan biri olub, iki azyaşlı övladı var.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.

- A-
- A
- A+
Cəmiyyət
16:26 / 21.02.2026
Qaradağda FACİƏ: Xidməti vəzifəsini yerinə yetirən FHN əməkdaşı həlak oldu - VİDEO
Hazırda oxunan: Qaradağda FACİƏ: Xidməti vəzifəsini yerinə yetirən FHN əməkdaşı həlak oldu - VİDEO
Hazırda oxunan: Qaradağda FACİƏ: Xidməti vəzifəsini yerinə yetirən FHN əməkdaşı həlak oldu - VİDEO
597530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































