Üç gün sonra İLK çərşənbəni qeyd edəcəyik

Hazırda oxunan: Üç gün sonra İLK çərşənbəni qeyd edəcəyik

597493

Son günlər müşayiət edilən mülayim havanı hiss edən hər kəs baharın gəlişini gözləməyə başlayıb.

Bizim.Media xəbər verir ki, artıq gələn həftə Novruzun ilk çərşənbəsini qeyd edəcəyik. Bu il Su çərşənbəsi fevralın 24-nə təsadüf edir. Beləliklə, sadəcə üç gün sonra ilk çərşənbədir və bununla da Novruz mərasimlərinə start veriləcək.
 

Novruz bayramının dörd əsas çərşənbəsindən biri olan Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə” kimi də tanınır. Su çərşənbəsi təkcə baharın gəlişinin deyil, həm də yenilənmənin, saflığın və bərəkətin rəmzidir. Su çərşənbəsi ilə bağlı xalq arasında maraqlı inanclar mövcuddur.


İnsanlar səhər tezdən bulaq başına gedir, axar suyun üzərindən atlanaraq ilin bütün ağırlıqlarını arxada qoyduqlarına inanırlar. Evdə su ilə təmizlik işləri aparılır, həyətlər yuyulur, hətta bəzən süfrəyə qoyulan suyun bərəkət gətirdiyinə inanılır.

Qeyd edək ki, Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi 10-da, Torpaq (İlaxır) çərşənbə isə 17-nə təsadüf edir. Novruz bayramı günləri 20–24 mart tarixlərini əhatə edəcək. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin