126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Hazırda oxunan: 126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

597459

Ev almaq üçün 126 min manatdan çox vəsait ödənildi, amma nə ev var, nə də pul...

Bizim.Media xəbər verir ki, Sumqayıt şəhər sakini Rahim Bayramov aldadılıb. Onun vəkili Gülər Mirzəyeva deyir ki, ödəniş etməsinə baxmayaraq nə mənzil, nə də vəsaitini geri ala bilmirlər.

Tələbkarın sözlərinə görə, mənzil üçün ümumilikdə 126 500 manat vəsait bank vasitəsilə ödənilib. Lakin sonradan nə mənzil təqdim edilib, nə də ödənilən məbləğ geri qaytarılıb.

Məsələ ilə bağlı işə baxan Sumqayıt Şəhər Məhkəməsi iddiaçı Bayramov Rahim Orucəli oğlunun xeyrinə qərar çıxarıb. Qətnaməyə əsasən, borclu tərəf - Sumqayıt şəhər sakini Məlikov Nazim Səftər oğlu icra vərəqəsi üzrə 126 500 manat vəsaiti ödəməlidir. Lakin aradan 4 il keçməsinə baxmayaraq məhkəmə qərarı icra olunmayıb.

Şikayət olunan Nazim Məlikovla telefon əlaqəsi saxlanılıb.

Mövzu ilə bağlı Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, Nazim Məlikov barəsində araşdırma aparılıb. Qurumdan qeyd olunub ki, işin uzun müddət icra edilməməsi ilə bağlı həmin şəxs barəsində ciddi tədbirlər görülüb və bu tədbirlər davam etdirilir. Onun əmlakına həbs qoyulduğu, yaxın vaxtlarda isə daha sərt hüquqi addımların atılacağı vurğulanıb.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin