Azərbaycan Ukraynaya 31 generator və 2 avtomatik ehtiyat qoşulma sistemindən ibarət növbəti humanitar yardım partiyası göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilib ki, avadanlıq Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin bölmələrinə, Rusiyanın hücumlarından zərər çəkmiş xəstəxana və bölgələrə təhvil veriləcək.
Səfir qeyd edib ki, bu gün Milli Məclisin deputatı, Ukrayna ilə parlamentlərarası dostluq qrupunun sədri Əlibala Məhərrəmzadə ilə görüşüb: "Görüş zamanı Azərbaycana və bu vacib və son dərəcə zəruri təşəbbüsdə iştirak edən hər kəsə minnətdarlığımı bildirdim. Yardım biganə olmayan Azərbaycan şirkətlərinin və vətəndaşlarının dəstəyi sayəsində mümkün olub".


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:03 / 20.02.2026
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi - FOTO
Hazırda oxunan: Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi - FOTO
Hazırda oxunan: Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi - FOTO
597441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































